Xaçmazın dörd kəndində modul məktəblər istifadəyə veriləcək- VİDEO

24 Oktyabr 2018 16:36

 

Yeni tikilən modul məktəblərdən biri Xaçmazın Ərəb kəndində yerləşir. 40 şagird yerlik ibtidai məktəb binası oktyabr ayının sonunadək təhvil veriləcək. 1960-cı illərdə tikilən köhnə məktəb binasının istismara yararsız vəziyyətə düşməsi yeni binanın inşasını zəruri edib.

Təhsil ocağı akt zalı, 4 sinif və müəllimlər otağından ibarətdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.

Ərəblə yanaşı Xaçmazın Qaracəlli, Cığatay, Alıcqışlaq kəndlərində də modul məktəblər tikilir. Xaçmazda 2018-ci ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulan 4 modul tipli məktəb binasında 300-ə  yaxın şagird təhsil alacaq.