Qaz sayğacına dəyən zərəri kim ödəməlidir?- VİDEO

24 Oktyabr 2018 16:53

Adətən qaz sayğacları evlərin çölündə quraşdırılır. Bu zaman sayğaca cavabdehliyi ev sahibi daşıyır. Sayğaca kənar müdaxilə olarsa, bu zaman cərimələnən ev sahibi olur. Qubanın Mirzəqışlaq kənd sakini də sözügedən halla qarşılaşıb. Qonşusunda baş verən yanğın ona 700 manata yaxın  zərər vurub. 


“Azəriqaz” İstehsalat Birliyindən bildirilir ki, abonentin səhvi olmadan sayğac zədələnərsə , araşdırma aparılır.
Fakt təsdiqini tapdığı halda abonent cərimə edilmir. Sayğacların çöldə quraşdırlması isə onların oxunması və qeyri-qanuni müdaxilələrin qarşısını almağa xidmət edir. Əgər sayğac təbii fəlakət nəticəsində sıradan çıxarsa  abonent fövqəladə hallar komissiyasından rəy almalıdır. Rəy müsbət olduğu halda vətəndaşa cərimə yazılmır.