Dəniz səviyyəsindən 1400 metr yüksəklikdəki Utuq kəndinə telefon xətti çəkilib- Video

25 Oktyabr 2018 16:15

Qubanın mərkəzindən 80 kilometr məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Utuq kəndi telefonlaşdırılıb. Çətin coğrafi relyefdə yerləşən kəndə “Aztelekom” MMC tərəfindən dağlıq ərazilərdən keçməklə fiber-optik kabellər çəkilərək Xaltan kəndində yeni elektron ATS quraşdırılıb. Sonra Xaltan kəndindəki elektron ATS-dən 10 kilometr məsafədə avadanlıqlar quraşdırılmaqla, rayonun Utuq kəndi telefonlaşdırılıb.
Tutumu 112 nömrə olan bu EATS-də yeni transmissiya avadanlıqları vasitəsilə abunəçilərə rabitə və genişzolaqlı internet xidmətləri göstərilir.
Kənd sakinlərinin genişzolaqlı internet xidmətinə olan tələbatı nəzərə alınaraq, tutumu 48 nömrə olan mini-elektron ATS-də istifadəyə verilib. Eyni zamanda, fiber-optik kabel vasitəsilə istifadəçilərə yüksək keyfiyyətli internetdən istifadə imkanı yaradılıb.