Xaçmaz şəhərində təmir bərpa işləri görülür- VİDEO

25 Oktyabr 2018 16:22

Görülən işlər çərçivəsində Heydər Əliyev prospektində 4 km uzunluğunda yolun asfalt qatı yenilənəcək. Xaçmazın N. Nərimanov, S.Qurbanov, H.Z.Tağıyev və Ziya Bünyadov küçələrində abadlıq-quruculuq işləri artıq yekunlaşıb. Küçələrin bərpası ilə yanaşı çoxmənzilli binaların fasadları dəyişdiriləcək.

Bu il Xaçmazda 4700 kvadrat\metr dam örtüyü dəyişdirilib. İlin sonunadək Heydər Əliyev prospektində təmir işləri yekunlaşacaq.