Qubada 200-ə yaxın fiziki və əqli qüsurlu uşaq təhsilə cəlb olunub- Video

26 Oktyabr 2018 16:30

Fiziki məhdudiyyətli azyaşlıların təhsili və  inteqrasiyası cəmiyyətin böyük problemlərindən biridir. Artıq fiziki məhdudiyyətli uşaqlar digər yaşıdları ilə birlikdə məktəbdə təhsil almaq imkanı qazanıb. Qubanın Qımıl-qışlaq kəndində 4 fiziki məhdudiyyətli uşaqdan  3-ü məktəbdə, 1-i evdə təhsilə cəlb olunub. İnklusiv təhsilə keçid rolu oynayan xüsusi siniflərdə yalnız  fiziki qüsurlu uşaqlar təhsil alır.

Fiziki məhdudiyyətli şagirdlərlə işləyən müəllimlərin  psixoloji və metodiki təlimlərə cəlb olunması nəzərdə tutulub.

Bu il Qubada  ümumilkdə 186 fiziki və əqli qüsurlu şagird təhsilə cəlb olunub.