Məhsulun soyducu anbarda saxlanılması fermerə sərf edirmi?- VİDEO

26 Oktyabr 2018 17:18

Hazırda bazarlarda almanın 1 kq-mı 0.30-0.35 qəpiyə alınır. Qiymət bağ sahiblərinin qane etmir. Bu səbəbdən onlar çıxış yolunu meyvəni soyuducu anbarlarda saxlamaqda görürlər. Bu alma məhsulu uzun müddət qalsada xarab olma ehtimalı azdır. Lakin bu da təsərrüfatçıya heç də ucuz başa gəlmir. 

Soyuducu anbar sahiblərinin də öz arqumentləri var. Onların sözlərinə görə, 1 kameranın aylıq elektrik ödənişi 700- 800 manat arasında dəyişir.

Mütəxəssislər də soyuducu anbarlarda qiymətlərin xərclərə görə tənzimləndiyini bildirir. 10 hektar sahəsi olan fermerə soyuducu anbarda məhsulu saxlamaq sərfəli olsa da, kiçik bağ sahiblərinə görə, bu, əlavə xərc deməkdir. Buna görə də kiçik bağ sahiblərinə məhsullarını yerində və ya bazarlarda satmaq tövsiyyə olunur.