Bakı Musiqi Akademiyasının kollektivi Şabranda konsert verib- VİDEO

27 Oktyabr 2018 13:23

Şabranda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yurdumuzun istedadlı gəncləri” adlı konsert proqramı təqdim olunub. Açılış mərasimində çıxış edənlər, dünya musiqi xəzinəsində özünə layiqli yer tutan klassik musiqi və muğam sənətinin təbliği baxımından regionlarda keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu bildirib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə təşkil etdiyi konsertdə akademiyanın müəllim və tələbə heyəti klassik musiqi nömrələrini səsləndiriblər.
Konsertdə müxtəlif janrlarda əsərlərdən ibarət musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb. Bu Xaçmaz Regional Mədəniyyət İdarəsinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə təşkil etdiyi üçüncü mədəni tədbirdir. Növbəti konsert proqramlarının Quba, Qusar və Siyəzəndə keçiriləcək.