Şimal regionundan “Azərbaycanın intellektual birincisi” layihəsinin finalına çıxan komandalar müəyyənləşib- VİDEO

29 Oktyabr 2018 16:23

Şimal regionu üzrə "Azərbaycanın intellektual birincisi" layihəsi Quba Gənclər Mərkəzində keçirilib. Təqdimat mərasimində bildirilib ki, həyata keçirilən  layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Onların bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara  hazırlanması layihənin əsas hədəflərindəndir. Təqdimatdan sonra şimal bölgəsini əhatə edən 5 rayonun gənc intellektuallarının iştirakı ilə turnirə start verilib.


Maraqlı və həyəcanlı mübarizənin sonunda Şabrandan 2-i, Quba və Xaçmazdan isə hər birindən 1 komanda şimal zonası üzrə qalib seçilərək final mərhələsinə vəsiqə qazanıblar. “Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilir.