Qubada 66 yaşayış məntəqəsini birləşdirən yol təmir olunur- VİDEO

29 Oktyabr 2018 17:04

Quba – Qonaqkənd avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Müasir standartlara cavab verən 46 km-lik yolun 6 kilometrlik hissəsi asfalt örtüyünün vurulası üçün hazır vəziyyətə gətirilib. Hazırda işlər Rustov və Təngəaltı yaşayış məntəqələrinin ərazisində aparılır. Turizm əhəmiyyətli yol 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirir.

Yola asfalt döşənməsinə  10 gün sonra başlanacaq. İki qatdan ibarət yeni asvalt örtüyünün eni 7 metr, qalınlığı isə 12 sm təşkil edəcək. 46 km-lik yolun tikintisi gələn il yekunlaşacaq.