Qışda Qubanın kəndlərində istirahət edənlər üstünlük təşkil edir- VİDEO

30 Oktyabr 2018 16:27

Qubaya qışda gələn turistlər əsasən kənd evlərində qalırlar. Ziyarətçilər daha çox Quba-Xınalıq və Quba-Afurca truzim marşrutunu seçir. Təngəaltı kənində turistlərə təklif olunan evlərin bir günlük qiyməti 40-100 manata arasında dəyişir. Evlərin hər birində sürətli internet var.
Quba Turizm İnformasiya Mərkəzində qeydiyyata alınan kənd evlərinin sayı 50-yə yaxındır. Kirayə verilən evlər yerləşdiyi yer və şəraitdən asılı olaraq 20 - 100 manata təklif olunur. Hazırda Qubada 6 istiqamət: Quba- Afurca, Quba-Xınalıq, Quba- Xanəgah, Quba- Ləzə, Quba-Alıc və yei açılan Quba- Tüləkəran üzrə turizm marşrutları mövcuddur.