Siyəzəndə payızlıq taxıl səpini gecikib- VİDEO

31 Oktyabr 2018 17:03

Siyəzəndə payızlıq taxıl səpininə oktyabrın əvvəllərindən başlanıb. Artıq 2200 hektar ərazidə səpin aparılıb. Amma havanın quraq keçməsi səpin prosesini gecikdirir. Yerin bərk olması texnikaların işini çətinləşdirib.

Ötən il də havanın quraq keçməsi taxıl səpinini gecikdirib. Nəticədə məhsuldarlıq aşağı olub. Əkin sahibləri yenə eyni nəticənin təkrarlanmasından narahatdır.

Bu il Siyəzəndə  7 min hektar sahədə payızlıq taxıl əkilməsi nəzərdə tutulub. Bu günədək  2200 hektar ərazidə səpin aparılıb.