Oktyabra uyğun olmayan hava xəstəliklərin yayılmasını sürətləndirib- VİDEO

31 Oktyabr 2018 17:24
Oktyabr ayının sonu olmasına baxmayaraq yay havasını görmək mümkündür. Temperatur müsbət 20-25 dərəcə arasındadır.Bu isə insanlarda bir sıra respirotor xəstəliklər üçün də əlverişli mühit yaradır. 
Son günlər tibb müəssisələrinə kəskin respirotor virus infeksiyaları ilə bağlı müraciətlərin sayı artıb. Həkimlər qripdən qorunmaq üçün tibbi maskalardan istifadə etməyi məsləhət görür.