Xaçmazda yeni fındıq bağlarının sahəsi 5 min hektardan çox olacaq- Video

01 Noyabr 2018 16:54

Xaçmazın Qusarçay inzibati ərazi dairəsinə daxil olan 4 kəndə ilin sonunadək 70 hektar fındıq bağının salınması planlaşdırılır. Artıq 6 hektar sahədə işlər yekunlaşıb. Sahələrə məhsuldarlığı yüksək olan   yerli sortlar  əkilir. 2016-cı ildən etibarən ölkənin 12 rayonunda 40 min hektar ərazidə fındıq bağlarının salınması nəzərdə tutulub. Yeni salınacaq bağlardan 5 min hektardan çoxu  Xaçmazın payına düşür. Son 2 il ərzində rayonda 3 min 6 yüz 49 hektar  fındıq bağı salınıb. İlin sonunadək bu rəqəmin  5 min hektara çatdırılması planlaşdırılır.