Küçələrə tökülən tikinti materialları sürücülərin işini çətinləşdirir- VİDEO

01 Noyabr 2018 17:21
Yeni ev tikənlər və ya evini təmir etdirənlər lazım olan tikinti materiallarını bir çox halda yolun ortasına tökür. Avtomobillərin hərəkətini çətinləşdirən bu mənzərələri hər 4 küçədən birində görmək mümkündür. Çınqıl, qum, daş və bu kimi onlarla tikinti materialları yol infrastrukturuna da ziyan vurur. Bələdiyyələrin xəbərdarlığına baxmayaraq evinin qarşısını  şəxsi məqsədlər üçün istifadə edənlərin sayı durmadan artır.