Şabranda yeni salınan badam bağları gələn il məhsul verəcək- VİDEO

03 Noyabr 2018 13:29

Şabranda 30 hektara yaxın ərazidə salınan badam bağlarından təsərrüfatçılar bol məhsul gözləyir. Yerli bazarda badama tələbatı ödəmək məqsədi ilə salınan badam bağlarının hər hektarından 10 tona yaxın məhsul əldə olunacağı praqnozlaşdırılır. Bu sortların  üstünlüyü gec çiçəkləməsi, şaxtaya və quraqlığa davamlı olmasıdır.Ləpə çıxımı da təxminən 35 faizdir. 1 hektardan 6-10 ton arasında məhsul alınır. Ölkənin iqlim şəraitinə uyğun sortlar hesab olunur.

Badam bitkisinin yetişdirilməsi üzrə texnologiyaya əsasən tirə üsulu daha çox şoranlıq, qurunt sularının çox olduğu ərazilərdə səmərəli sayılır. Tirə üsulu ilə əkin zamanı ağacın kökləri çox dərinə getmir. Bağların suvarılmasında damcı üsulundan istifadə olunur.

Şabranda  ümumilikdə 23 hektar ərazidə badam bağı salınıb. Növbəti ildə məhsul yığımı təsərrüfatçıları qane edərsə meyvənin əkin sahəsi artırılacaq.