Siyəzəndə nakam şair Mikayıl Müşfiqin xatirəsi anılıb- VİDEO

05 Noyabr 2018 14:55

Siyəzəndə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Mikayıl Müşfiqin anadan olmasının  110 illik yubileyi qeyd olunub. Görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən söhbət açılıb. Vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Daha sonra təqdim olunan konsert proqramında Əməkdar artistlər Rəşad İlyasov, Elza Seyidcahan, Hüsniyyə Mürvətova və və digər incəsənət ustaları çıxış edib.