Qusarda general Mahmud Əbilovun 120 illik yubileyi qeyd olunub- VİDEO

05 Noyabr 2018 16:09

Qusarda Azərbaycanın görkəmli hərbi xadimi, Böyük Vətən müharibəsi illərində diviziya komandiri və general-mayor rütbəsinədək yüksəlmiş Mahmud Əbilovun 120 illik yubileyi qeyd olunub.

Qusar Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə sərkərdənin şanlı mübarizəsi, müharibələrdə qazandığı böyük zəfərlərdən söz açılıb. Qusarın Uqur kəndində anadan olan General mayor Mahmud Əbilov döyüş xidmətlərinə görə 5 “Qırmızı bayraq”, I dərəcəli “Vətən müharibəsi”, II dərəcəli “Kutuzov”, “Suvorov”, “Boqdan Xmelnitski”, eləcə də Amerika Birləşmiş Ştatlarının və Polşa Respublikasının ordenləri ilə təltif olunub.

Müxtəlif qoşun birləşmələrinə komandanlıq edərək Volxov, Şimal Qərb, II və III Belarus cəbhələrinin tərkibində faşist işğalçılarının darmadağın olunmasında fəal iştirak edib. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Tədbirin sonunda  Arb-nin istehsalı olan “Kiçik kəndin böyük generalı” adlı sənədli filmi nümayiş etdirilib.