Qusarın 2 kəndinə ilk dəfə təbii qaz veriləcək-VİDEO

06 Noyabr 2018 14:13

Cibir kənd sakinlərinin istilik problemi yaxın vaxtlarda həllini tapacaq. 320 abonentin olduğu yaşayış məntəqəsinin qazlaşdırılması yekunlaşmaq üzrədir. Kənddəki  evlərə fərdi tənzimləyici və qaz sayğacları quraşdırılır. Cibir kəndinin qazla təmin olunması üçün ümumilikdə 21 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Piralda isə işlər yekunlaşıb. Yaxın vaxtlarda bu yaşayış məntəqələrində mindən çox abonent ilk dəfə mavi yanacaqla təmin olunacaq. Qusarda 45 yaşayış məntəqəsinin sakinləri təbii qazdan istifadə edir.