Xaçmazda Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi keçirilib- VİDEO

06 Noyabr 2018 17:08

Xaçmazda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi qeyd olunub. Xaçmaz Tarix-diyarşünaslıq muzeyində keçirilən mərasimdə gənclərə elmə, təhsilə dərindən yiyələnməyi,  ədəbiyyatla, qiraətlə həyatı dərindən görməyi, inkişafımızın hər bir sahəsində fəallığa,  geniş dünyagörüşünə malik olmağı tövsiyyə edilib. Kitabxana mütəxəssisləri, yerli yazar və şairlər eləcə də rayon ziyalılarının qatıldığı tədbirdə kitabxana işində yeniliklər və innovasiyalar, dünya kitabxana praktikası həmçinin sosial şəbəkələrdən istifadə etməklə daha çox gənci kitaba, mütaliəyə yönləndirmək kimi mövzular müzakirə olunub. Bir əsrə yaxındır fəaliyyət göstərən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının hazırda 15 minə qədər  fəal üzvü var.