Avtomobildə dəm qazından zəhərlənməyə səbəb nədir?- VİDEO

07 Noyabr 2018 14:55

Mütəxəssislər xüsusən qış aylarında avtomobildə dəm qazından zəhərlənmə riskinin daha çox olduğunu deyirlər. Səbəb soyuq hava şəraitində avtomobillərin yan şüşələrinin bağlı olmasıdır. Avtomobil ustaları sükan sahiblərinə belə hallarla qarşılaşmamaq üçün yanacağın avtomobildə düzgün paylanılmasına nəzarəti artırmağı tövsiyyə edirlər. Mütəxəssislər deyir ki, avtomobil texniki cəhətdən saz olarsa, sözügedən problem də yaşanmaz.