Xaçmazda cüdo üzrə zona birinciliyinə yekun vurulub- VİDEO

10 Noyabr 2018 10:24

Cüdo üzrə zona birinciliyi Xaçmaz Olimpiya İdman Kompleksində keçirilib. Gənclər İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 komanda tərkibində 300-dək idmançı qüvvəsini sınayıb. Cüdoçular 2 yaş qrupunda, 20 çəki dərəcəsində mübarizə aparıb.

İki gün davam edən yarışın nəticəsinə görə Abşeron idmançıları komanda hesabında birinci yerə layiq görülüb. Qusar cüdoçuları ikinci, Siyəzən komandası isə üçüncü pillədə qərarlaşıb.

Qaliblər diplom və medalla mükafatlandırılıb. Turnirdə ilk üç yeri tutan idmançılar Azərbaycan birinciliyində qüvvəsini sınayacaq.