Havaların soyuması sobalara tələbatı artırıb-VİDEO

10 Noyabr 2018 14:04

Emalatxana sahibləri bildirir ki, noyabr  başlayandan sifarişlər də artıb. Tələbat həm su qızdırıcı, həm istilik,  həm də yemək bişirmək üçün istifadə oluna bilən sobalaradır.

Sobaların pərəkəndə satışında da artım müşahidə olunur. Türkiyədən gətirilən sobalar qaynaq üsulu ilə hazırlananlardan ucuzdur.

Təbii qaz və dizellə işlənən sobalar daha çox alınır. Soba seçərkən onun materialına və tüstü bacalarına diqqət etmək vacibdir.