Qusarda 5 yaşayış məntəqəsini birləşdirən yol təmir olunur- VİDEO

10 Noyabr 2018 14:44

Qusar rayonunun Köhnə Xudat – Həzrə magistralı 1988-ci ildə tikilib. 30 ildir istifadəyə verilən avtomobil yolu istismar müddətini başa vurduğundan əsaslı təmir olunur. 5 yaşayış məntəqəsini birləşdirən 21 km-lik magistrala ikinci qat asvalt örtüyünün vurulmasına başlanıb. Tikinti işləri Piral kəndi ərazisində aparılır.

Ümumilikdə yolun eni genişləndirilərək 14 metrə çatdırılıb. İki qatdan ibarət yeni asvalt örtüyünün eni 6 metr, qalınlığı isə 10 sm təşkil edir.

21 km-lik Köhnə Xudat – Həzrə avtomobil yolunun tikintisi noyabrın sonunda yekunlaşacaq.