Qeyri-sabit hava şəraiti Xınalıq yolunda təhlükəni artırıb- VİDEO

12 Noyabr 2018 15:41

Havaların soyuması dağlıq istiqamətinə üz tutan turistlərin sayınada təsir edib. Mütəxəssislər isə Qubanın dağlıq kəndlərinə xüsusən Xınalıq istiqamətində gedənlərə ehtiyyatlı olmağı tövsiyyə edir. Çünki son günlər yağan yağışlar bu yolda sürüşmə sahələrində aktivlik yaradıb.

Avtomobil Yolları Dövlət Agentliyi Quba- İspik-  Xınalıq yolunda qabaqlayıcı tədbirlər görüb. Xüsusən qarlı hava şəraitində hərəkət çətinləşdiyində yol kənarlarında qum duz qarışığı tökülüb.

Görülən tədbirlərə baxmayaraq mütəxəssislər sözügedən yolu təhlükəli hesab edir. Xınalıq yolunda hava şəraitinə uyğun sürət rejiminə əməl edilməsi tövsiyyə olunur.