Qusarda Kulturologiya Mərkəzi fəaliyyətə başlayıb- VİDEO

12 Noyabr 2018 15:56

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) ilk şimal regional mərkəzi milli maraqlarımıza uyğun olaraq, bölgədə yaşayan əhalinin müxtəlif təbəqələrinə kulturoloji təhsilin verilməsinə, onların maarifləndirilməsinə, sistemli kulturoloji tədqiqatların aparılmasına və bu sahədə səmərəli beynəlxalq əməkdaşlığın qurulmasına xidmət edəcək. Mərkəzdə uşaqlar və gənclər üçün müxtəlif dərnəklər, şahmat klubu da fəaliyyət göstərəcək.

Çıxış edənlər Qusarda Kulturologiya Mərkəzinin istifadəyə verilməsinin əhəmiyyətindən danışaraq, ölkədə insan kapitalının tərəqqisi və davamlı inkişafın təmin olunmasında vətəndaş yardımının vacibliyini vurğulayıb. Bildirilib ki, artıq bu məqsədlə  Bakıda və regionlarda Kulturologiya mərkəzləri fəaliyyətə başlayıb.

Açılış mərasimindən sonra Mərkəzdə  “Kulturologiya və davamlı inkişaf” mövzusunda seminar keçirilib. Seminar iştirakçıları müxtəlif məruzələrlə çıxışlar ediblər.