Fındığın alış qiyməti artıb- VİDEO

13 Noyabr 2018 16:29

Son bir ayda fındığın qiyməti 40-50 qəpik arasında bahalaşıb. Bir ay  öncə  qiymət 3.40, 3 manat 60 qəpik təşkil edirdisə, hazırda bu məbləg  3.80 – 4 manat arasında dəyişir. Qəbul məntəqələrində  qiymətlər fərqlidir. Burada fındığın kiloqramı keyfiyyətindən asılı olaraq 4 - 4 manat 30 qəpik arasında alınır.Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Rayon bağlarından hər il 6 min tona yaxın fındıq istehsal edilir. Xaçmazda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Bura şimal bölgəsi ilə yanaşı, digər regionlarından da məhsul gətirilərilir. İstehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.