“Ölkəmizi tanıyaq” layihəsinin 300-dən çox iştirakçısı Şimal regionuna səfər edib-VİDEO

15 Noyabr 2018 16:11

9 rayonun 300-dən yuxarı şagirdi Qubada qarşılanıb, Heydər Əliyev mərkəzi və Gənclər mərkəzi ilə tanış olublar. Qədim Qubaya ekskursiya çərçivəsində şagirdlər dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə, Sinaqoq və Qudyalçayın üzərindəki Tağlı körpüdə olublar. Azərxalçanın Quba filialına gələn məktəblilərə məlumat verilib ki, burada müxtəlif ölçülü 43 dəzgahda tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir.

Tur-aksiya iştirakçıları zəngin memarlıq üslubuna malik Cümə məscidi, eləcə də Quba Soyqırımı Memorial  Kompleksi ilə tanış olublar. Memorial Kompleksdə şagirdlər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Ağdam, Bərdə, Goranboy, Naftalan və Tərtər rayonlarını təmsil edən şagirdlər isə Qusar rayonuna ekskursiya edib. Məktəblilər rayonda Bayraq Meydanı, “Şahdağ” Qış-Yay Turizm Kompleksi, “Şeyx Cüneyd” türbəsi və digər görməli yerlərlə yaxından tanış olub.