Xaçmazda dekorativ-tətbiqi sənət növlərinin sərgisi açılıb- VİDEO

15 Noyabr 2018 16:21

Xaçmazda dekorativ-tətbiqi sənət ustası Ruqiyə Ziyadxanovanın əl işlərindən ibarət sərgi açılıb. Sərginin açılış mərasimində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını bildirib. Bu sənət növlərinin gələcək nəsillərə ötürülməsi məqsədilə dərnəklərin yaradılmasının və sənətkarların əl işlərinin satışı üçün sərgi-satış mərkəzlərinin açılmasının nəzərdə tutulduğu qeyd olunub.Çıxış edənlər belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə dəstək olduğunu bildirərək, R.Ziyadxanovaya fəaliyyətində uğurlar arzulayıblar.Ruqiyə Ziyadxanovaya Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyə təqdim edilib.Açılış mərasimindən sonra iştirakçılar 50-yə yaxın dekorativ-tətbiqi sənət nümunəsi ilə tanış olublar.