Qubanın turizm əhəmiyyətli kəndlərində torpaq sahələri bahalaşıb- VİDEO

19 Noyabr 2018 16:13

Bir zamanlar paytaxtdan ev və ya torpaq sahəsi  almaq istəyənlər qiymətlərin baha olmasından gileylənirdi. İndi isə həmin qiymətlər bölgələrə çatıb. Rayonlarda 10 sot boş torpağa verilən pulla paytaxtda rahat mənzil sahibi olmaq olar. Söhbət regionlarda turizm əhəmiyyətli yerlərdə satışa çıxarılan  torpaqlardan gedir. Qubanın turizm əhəmiyyətli kəndlərindən sayılan Qəçreşdə 1 sot torpaq sahəsini minumum 8-9 min manata almaq mümkündür. Normalda bir ev tikmək üçün 4 sot torpaq sahəsi alanlar isə 36-40 min manat arasında pul ödəməlidir.

Mütəxəssislər isə regionlarda bahalaşmanı son illər  torpaq sahələrinin azalması ilə əlaqələndirirlər. Evlərin qiymətində də 50-60 faiz arasında bahalaşma müşahidə edilir.

Yaxın 3-4 il ərzində qiymətlərin daha da bahalaşacağı gözlənilir. İndi turizm əhəmiyyətli kəndlərin əksəriyyəti yerini bağ evlərinə verir.