Şimal regionunda qan verənlərin sayı azalıb- VİDEO

20 Noyabr 2018 16:27

Ötən illə müqayisədə şimal regionunda qan verən şəxslərin sayında azalma var. Belə ki, bu il Mərkəzi Qan Bankının Quba bölməsində 1415 qan verib. Bu ötən illə müqayisədə 276 nəfərin az qan verməsi deməkdir. Regionda  mənfi I , mənfi və müsbət IV qrup qan ehtiyatı  azdır. Bu qan qrupları ölkə əhalisinin cəmi 8 faizini təşkil edir. II  qan qrupu üstünlük təşkil edir.

Alınan qanlar əsasən talesimiya, animiya və  dializ xəstələri həmçinin xəsarət alan və əməliyat olunan şəxslər üçün göndərilir. Qan faizi qadınlarda 72 %,  kişilərdə isə 75 % olduqda normaya uyğun sayılır və bu şəxslərin  donor olmasına icazə verilir. Qiçs, vərəm, hepatit, animiya, diabed və epilepsiya xəstələrindən qan götürülmür.

Donorlardan bir dəfəyə 300-400 qram qan götürülür. Əldə edilən qanlar qiçs, hepatit,  analizlərindən keçdikdən sonra temperaturu müsbət 4-6 dərəcədə  soyuducularda saxlanılır və ehtiyac olduqda ətraf rayonlara göndərilir. Hər donor 3-4 ay fasilə ilə ildə 4 dəfə qan verə bilər.