Kəndlərdə turistlərə təklif olunan evlərə “ulduz” veriləcək- VİDEO

21 Noyabr 2018 16:57

Son illər Azərbaycana gələn turistlərin sayı artıb. Gələn qonaqların çoxu istirahətini kənd evlərində keçirməyə üstünlük verirlər. Lakin bir çox Avropa ölkələrində kənd evlərinə şəraitinə görə ulduz verilsə də Azərbaycanda tətbiq edilməyib. Mütəxəssislər də düşünür ki, kənd evlərinə ulduzların verilməsi şəffaflığın artırılmasına və turistlərin sayının çoxalmasına şərait yaradacaq. Ev turizmi ilə məşğul olan kənd sakinləri isə evlərə hotellərdəki kimi ulduz”ların verilməsini düzgün hesab etmir.

Ev turizmi ilə məşğul olanlar üçün ümumi  standart olmadığından turizm informasiya mərkəzləri sadəcə  marifləndirmə işi aparmaqla kifayətlənirlər.

Ekspertlər isə evlərə “ulduz”ların verilməsini vacib hesab edirlər.