Qida Təhlükəsizliyi Agentliyi Xaçmazda 50-yə yaxın sahibkarlıq subyektinə sertifikat verib- Video

22 Noyabr 2018 15:42

Xaçmazda Qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə sahibkarlara qida təhlükəsizliyi üzrə qeydiyyat prossesi izah olunub. Bildirilib ki, qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Bu sahədə qeydiyyata alınmayan təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qida təhlükəsizliyi üzrə qeydiyyata alınan 50-yə yaxın sahibkarlıq subyektinə sertifikatlar verilib.