Südün alış qiyməti fermerləri qane etmir- Video

22 Noyabr 2018 16:14

Xırda təsərrüfatlar südlük mal-qaradan imtina edir. Səbəb marketlərdə 2-4 manat arasında satılan bir qutu südün onlardan sudan ucuz qiymətə alınmasıdır.

Mütəxəssislər qiymətin ucuz olmasını bölgələrdə emal müəssisələrinin az olması ilə əlaqələndirirlər. Əsasən paytaxta göndərilən süd yol xərcləri nəzərə alındığından  təsərrüfatçılardan ucuz qiymətlə götürülür. 


Problemin aradan qaldırılması üçün bölgələrdə süd emalı müəssisələrinin yaradılmasına ehtiyac var.