Siyəzənli mühəndis plastik borulardan qeyri-adi qurğu hazırlayıb- Video

23 Noyabr 2018 15:59

Tullantılardan əl işləri hazırlayan Cavid Yəhyayev növbəti ideyasını həyata keçirmək üçün plastik borulardan istifadə edib. Su ilə işləyən qurğu 2 hissədən ibarətdir.

İxtisasca neft mühəndisi olan Cavid Yəhyayev artıq 7 ildir ki, müxtəlif tullanıtılardan maraqlı əl işəri hazırlayır. O,  bu işə ilk olaraq lazımsız təkərlərdən istifadə etməklə başlayıb. Daha sonra dəmir qablardan istifadə etməklə qeyri-adi fiqurlar ərsəyə gətirib. Əl işlərini hazırlamaqda əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan faydalı istifadə etməyin mümkünlüyünü göstərməkdir.

Cavid Yəhyayev hazırda taxdan hazırlanan və küləklə hərəkət edən fiqurlar üzərində çalışır.