Xaçmazda gənclərlə hərbi-vətənpərvərlik mövzusunda görüş keçirilib- VİDEO

23 Noyabr 2018 16:30

“Vətənin müdafiəsinə hazıram” mövzusunda keçirilən tədbirdə çıxış edənlər əsas məqsədin yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd ediblər. Bildirilib ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması ölkəmizdə əsas istiqamətlərdən sayılır. Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Tədbirdə bir qrup şəxsə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatı təqdim edilib. Təltiflərdən sonra tədbir bədii hissə ilə davam edib.