Qusarda “Yaddan çıxmaz Qarabağ” mövzusunda elmi-praktiki konfrans keçirilib-Video

24 Noyabr 2018 13:56

Tədbir işrirakçıları öncə Qarabağ bölgəsinə aid "Xan tirməsi", "Nəlbəki gül", "Yaz çiçəkləri", "Malıbəyli", "Vərni" xalçaları ilə tanış olub.

Elmi-praktiki konfransda Qarabağın tarixinin, mədəniyyətinin öyrənilməsinin gənclərdə hərbi-vətənpərvərlik duyğularına, mübarizə əzminə müsbət təsir etdiyi bildirilib. "Qarabağa virtual səyahət" təqdimatı ilə işğala olunan ərazilər barəsində ətraflı məlumat verilib.

"Qəhrəmanlar unudulmur", "Əsgərə məktub",  "Qarabağ sizin üçün nə ifadə edir?", "Qarabağ mədəniyyəti" mövzularında təqdimat və çıxışlar edilib. Ordunun gücləndirilməsi üçün aparılan islahatlardan və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər səsləndirilib.