Torpağı analiz etməklə məhsuldarlığı artırmaq mümkündür- Video

24 Noyabr 2018 14:53

Quba aqroekologiya və analizlər labarotoriyasında  torpaq nümunələri azot, fosfor, kalium eləcə də makro və mikro elementlərin təyini üzrə analiz olunur. Analiz götürüldükdən bir həftə sonra təsərrüfatçılara torpağın tərkibi və qulluq qaydası haqqında məlumat verilir. Nəticəyə əsasən aqro-texniki qulluq edilən bağ 70-80  faiz özünü doğruldur və bol məhsul verir.

Torpaqların aqrokimyəvi analizi ərazinizin gübrə ehtiyacını öyrənməyə və əkiləcək bitkinin təlabatlarını təyin etməyə imkan verir. Torpaqlar hər  3 ildən bir analiz edilməlidir. Labarotoriyada  torpaqlar aqrokimyəvi tətqiqatlar eləcə də fermerlərin müraciəti əsasında analiz olunur.