Siyəzəndə 2 qəza: 4 yaralı - Video

26 Noyabr 2018 13:58

Siyəzəndə  4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.  Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində 10 AR 424 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobil  idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində yaralanan Bakı şəhər sakinləri, 58 yaşlı  Ceyhun Rzayev  və 38 yaşlı Anar Rəsulov Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyətləri ağır olan digər iki nəfər isə Sumqayıt şəhərindəki xəstəxanaya aparılıb.  Sınıq xəsarətləri alan Ceyhun Rzayev və Anar Rəsulov da ilkin tibb yardımdan sonra müalicələrini davam etdirmək üçün Bakı şəhərinə yola salınıb.

Digər qəza da  eyniadlı yolun  Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 CJ 082 dövlət nömrə nişanlı “Niva” markalı maşın 90 NN 415 dövlət nömrə nişanlı “VAZ 21 015” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Hər iki faktla bağlı araşdırma aparılır.