Binaların tüstü bacalarının təmizlənməməsi fəsadlara səbəb ola bilər- Video

26 Noyabr 2018 16:43

Havaların soyuması  binalarda tüstü bacalarının təmizlənməsini gündəmə gətirir. Vaxtında təmizlənməyən bacalar bədbəxt hadisələrlə nəticələnə bilər. Hündürmərtəbəli binaların tüstü bacalarında  problemin yaranmaması üçün aidiyyatı qrumlar yoxalama aparır. Lakin tüstü bacalarının saz vəziyyətdə olması bədbəxt hadisələrdən tam olaraq yayınmaq demək deyil. Bunun üçün sakinlər mənzillərində qaz və işıq xətlərinə mütamadi nəzarət etməlidir.

 
Hündürmərtəbəli binalarda tüstü bacalarının təmizlənməsini Mənzil istismar idarələri həyata keçirsədə fərdi evlərdə məsuliyyət ev sahiblərinin üzərinə düşür.