Bu il Şimal regionunda 11 min 353 ton toxum sertifikatlaşdırılıb- Video

27 Noyabr 2018 12:17

Bəzi fermerlər əkəcəyi toxumların keyfiyyəti ilə bağlı məlumatlı deyil. Mənşəyi məlum olmayan, müəyyən xəstəliklərə yoluxan toxumun əkilməsi məhsulun keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.  Taxıl zəmilərindən yüksək məhsul əldə etmək üçün torpağın münbitliyi və aqrotexniki qulluqla yanaşı düzgün toxum seçimi də əsas şərtlərdəndir.
Şimal regionunda toxumların keyfiyyət analizləri Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzində həyata keçirilir. Sertifikat təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı müvafiq standartların tələblərinə cavab verən toxumlara verilir.
Şimal regionunda 38 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzində bu il toxumçuluq təsərrüfatları tərəfindən təqdim edilən 11 min 353 ton toxum üçün sertifikat verilib.