Şabran dram dərnəyinə “Xalq teatrı” adı verilib- Video

27 Noyabr 2018 16:22

Şabran dram dərnəyi 18 il öncə fəaliyyətə başlayıb. Bu müddət ərzində müxtəlif səhnə əsərləriylə tamaşaçı sevgisi qazanan heyət bundan sonra “Xalq teatrı” adı aldında tamaşalar təqdim edəcək. Teatra yeni adın verilməsi ilə əlaqədar keçirilən tədbirdə Şabran rayonun tarixindən, mədəni müxtəlifliyindən, tetarın keçdiyi uzun yoldan danışılıb. 4 nəfərlə fəaliyyətə başlayan tetrın bu gün 22 peşəkar aktyor heyəti olduğu diqqətə çatdırılıb.
Daha sonra Şabran Xalq Teatrı tərəfindən İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Hökmdar və qızı” adlı tamaşa nümayiş etdirilib. Şabran dram dərnəyi regionda “Xalq Teatrı” adı alan ikinci teatrdır.