Azərbaycanda hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur- Video

27 Noyabr 2018 16:26

Quba Regional Perinatal Mərkəzində  “Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü ilə əlaqədar konfrans təşkil olunub. Tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini vaxtından əvvəl doğulmuş körpələrin problemlərinə cəlb etməkdən ibarətdir. Şimal bölgəsində  vaxtından əvvəl doğuşlar 8,5 faiz  təşkil edir.  Tibb müəsissəsində bu il vaxtından  əvvəl doğulmuş 206 uşaqdan yalnız 13-ü tələf olub.

Hamiləliyin 22-37-ci həftəsi  arasında baş verən doğuşlar vaxtından əvvəl doğuş hesab olunur. Vaxtından əvvəl doğuşlar əsasən çoxdöllü hamiləliklər, bətndaxili infeksiyalar, hamilələrin  ekstraqenital patologiyaları və irsi faktorlar səbəbindən baş verir. Hazırda bölgələrdə 6 Regional Perinatal Mərkəz fəaliyyət göstərir.