Xaçmazda “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı olub- VİDEO

29 Noyabr 2018 14:23

“Əsgərlər unudulanda ölürlər”  sənədli filmində 1920-ci ildə Azərbaycana təcavüz edən 70-minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Tamaşaçılar filmdə bir əsrdən artıq gizli qalan tarixi həqiqətləri öyrənməklə yanaşı, bir çox sənədli materiallardan xəbərdar olublar.  

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan filmin ssenari müəllifi Arif Əliyev, rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı Vaqif Gərayzadə, icraçı direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Çəkilişlər Bakı, Yalama, Xaçmaz, habelə Gürcüstan, Türkiyə və  Rusiyada aparılıb.

Film Xaçmazla yanaşı digər bölgələrdə də nümayişi olunacaq.