Xaçmazda Qarabağ döyüşçülərinə medal verilib- Video

29 Noyabr 2018 14:28

Xaçmazda Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri ilə görüş keçirilib. Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə çıxış edənlər bildirib ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqının Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacağını, tarixi torpaqlarımızın tezliklə düşməndən azad ediləcəyini dünyaya göstərdi. Bu döyüşlər xalqımızın birliyinin, mübarizliyinin sübutudur. Tədbirdə eləcə də 17 xaçmazlı döyüşçü Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub. Medallar Qarabağ müharibəsi veteranlarına, şəhid hərbçilərimizin ailə üzvlərinə təqdim edilib.
Tədbirdə eləcə də, bir qrup şəxsə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı təqdim edilib.
Xaçmaz rayonunda 224 şəhid ailəsi, 282 Qarabağ müharibəsi əlili və 400 Qarabağ müharibəsi veteranı qeydiyyatdadır.