Xaçmazda yük avtomobili aşdı - VİDEO

30 Noyabr 2018 15:59

İrandan Rusiyaya kələm daşıyan yük maşını Xaçmazda qəzaya uğrayıb. Hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Dağıstan Respublikası vət'ndaşına məxsus yük maşını döngədə idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da avtomobilə və yükə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.