Xaçmazda elektron lövhələr çatışmır - VİDEO

30 Noyabr 2018 16:20

Xaçmazdakı 123 məktəbdən yalnız 7-də elektron lövhə var. Onlardan da 6-sı şəhərin özündə, biri isə kənddəki təhsil ocağında yerləşir. Müasir təhsil sistemində əsas vasitələrdən sayılan interaktiv lövhələrdə elektron qələmlə yazmaq, şəkil çəkmək,  slayd və video göstərmək, eləcə də istənilən məlumatı internet üzərindən araşdırmaq kimi funksiyalar var. Xaçmazın ümumtəhsil ocaqlarında interaktiv lövhələrlə yanaşı digər müasir təhsil resursları ilə bağlı çatışmazlıqlar var. Beləki, rayonun orta məktəblərində təhsil alan hər 31 uşağa cəmi 1 kompyuter düşür. 96 məktəbdə internet xəttinin çəkilməsinə ehtiyac var.