Bu il Qubada süni yolla mayalandırılan heyvanlardan 700 bala alınıb - VİDEO

01 Dekabr 2018 12:40

Qubalı fermerlər son illər süni mayalama üsulundan geniş istifadə etməklə heyvandarlıqda balavermə faizini yüksəltməyə nail olublar. Bu il süni yolla mayalandırılan heyvanlardan 700 başa yaxın bala alınıb ki bu da ötən illərlə müqayisədə ən yüksək nəticədir. Təsərrüfatçılar süni mayalandırmada daha çox “qara-ala” və “simmental” cinslərinə üstünlük verirlər. Bu cinslər yerli şəraitə daha tez uyğunlaşır, balavermə faizi və süd məhsuldarlığı yüksək olur.