Xaçmaz və Siyəzəndə “KOB Dostu” xidməti fəaliyyətə başlayıb- Video

03 Dekabr 2018 16:42

Kiçik və orta biznesin dostu xidməti Xaçmaz və Siyəzəndə sahibkarların istifadəsinə verilib. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərəcək “KOB Dostu” kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər təklif edəcək, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək olacaq.  “KOB Dostu” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək.

Tədbir iştirakçıları “KOB Dostu” ofisi ilə tanış olublar. Məlumat verilib ki, burada “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, mərkəz texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici vasitələrlə təmin olunub.