Qusarda nakam şair Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunub- Video

04 Dekabr 2018 17:09

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı, nakam şair  Mikayıl Müşfiqin xatirəsi Qusarda anılıb. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında danışılıb, onun ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açılıb. Bildirilib ki, görkəmli poeziya ustasının yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Sonda incəsənət ustalarının ifasında şairin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.