Mobil telefonlar niyə partlayır?

05 Dekabr 2018 15:43

Həyatımızı mobil telefonlarsız təsəvvür etmək mümkünsüzdür. İndi böyükdən kiçiyə hər kəsin mobil telefonu var. İşlərimizi xeyli asanlaşdıran bu cihazları mütəxəssislər cibimizdə gəzdirdiyimiz “bomba”da adlandırırlar. Çünki onların hər an partlama ehtimalı var. 

Telefon təmiri və hissələrin satışı ilə məşğul olanlar da cihazlar üçün enerji yığan qurğulara və batareyalara  təlabatın  yüksək olduğunu deyirlər. Gün ərzində 10 - 15 batereya satılır.


Mütəxəssislər bəzi telefonlardan çox istifadə edildiyi zaman qızdığını deyirlər. Elə telefonda oyun oynayarkən və ya danışarkən də partlama baş verə bilər.